AZ

"Sabah"ın rəqibi qapıçısı ilə vidalaşdı

"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Selye" (Sloveniya) qapıçısı Matyaj Rozmanla yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qolkiper "Selye"nin heyətində 208 matçda meydana çıxıb. 38 yaşlı qapıçı bu komandada 2 dəfə Sloveniya çempionu və 1 dəfə ölkə kubokunun qalibi adını qazanıb.

Xatırladaq ki, “Sabah”la “Selye” arasında Bakıda keçirilən ilk matçda Sloveniya təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.

Seçilən
3
9
football-plus.az

10Mənbələr