Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis kişi voleybolçular arasında (U-22) 2026-cı ildə keçiriləcək Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək.
O, 11-13 iyulda Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milliləri də mübarizə aparır.