Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti dəfə təyinat alıb.
Operativ Media xəbər verir ki, bu haqda Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
N.İsmayılova kişi voleybolçular arasında (U-22) 2026 Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək. O, 11-13 iyul tarixlərində Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milli komandaları mübarizə aparır.