AZ

Avropa Voleybol Konfederasiyasından Nərgiz İsmayılovaya TƏYİNAT

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti dəfə təyinat alıb.

İdman.biz xəbər verir ki, o, kişi voleybolçular arasında (U-22) 2026 Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək.

İsmayılova iyulun 11-13-də Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milli komandaları mübarizə aparır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
12
icma.az

10Mənbələr