AZ

Yanvar-may aylarında 37,2 milyon dollarlıq qara metallar ixrac edilib

Bu ilin yanvar-may aylarında ölkədən 37,2 milyon ABŞ dolları dəyərində 32,9 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 11,3 faiz çox, həcm olaraq 5,8 faiz azdır.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,34 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,65 faizə bərabər olub.

Seçilən
95
50
vergiler.az

10Mənbələr