AZ

Fermerlərə 965 500 manat kredit verilib

Finss.az - Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 2025-ci ilin ilk yarısında regionlarda kənd təsərrüfatının inkişafı və yerli sahibkarlığın dəstəklənməsi məqsədilə 7 “Kredit Yarmarkası” keçirilib.

Tədbirlərdə dövlət maliyyə qurumları, banklar, bank olmayan kredit təşkilatları və fermerlər fəal iştirak ediblər.

Trend-in məlumatına görə, kredit yarmarkalarının əsas hədəfi mikro, kiçik və orta sahibkarlıq subyektlərini maliyyə resurslarına çıxışla təmin etmək, aqrar sektorun davamlı inkişafını dəstəkləməkdir. Bu müddət ərzində banklar və digər maliyyə qurumları tərəfindən fermer və sahibkarlara ümumilikdə 965 500 manat kredit verilib.

Yarmarkalar çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiyaları təşkil olunub. Tədbirlərdə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi və aparıcı banklar iştirak edib. Panel müzakirələrdə dövlətin kənd təsərrüfatına yönəltdiyi maliyyə dəstəyi, güzəştli kreditlər, subsidiya və sığorta mexanizmləri barədə fermer və sahibkarlara ətraflı məlumatlar verilib.

Cari il ərzində İmişli, Ağdaş, Zəngilan, Quba, Samux və Şəmkir rayonlarını əhatə edən 6 panel müzakirə təşkil olunub. Tədbirlərdə iştirakçılar mövcud çağırışları və imkanları müzakirə edib, praktiki suallara cavablar alıblar.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkaları və dövlət maliyyə mexanizmləri mövzusunda panel müzakirələri ilin sonunadək bütün iqtisadi rayonlarda davamlı şəkildə təşkil etməyi planlaşdırır.

Seçilən
18
7
fins.az

8Mənbələr