AZ

Kredit yarmarkalarında fermer və sahibkarlıq subyektlərinə 1 milyon manata yaxın kredit ayrılıb

Bakı.Trend:

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinintəşkilatçılığı ilə regionlarda kənd təsərrüfatının inkişafı, yerlisahibkarlığın təşviqi və fermerlərin maliyyə əlçatanlığının təminedilməsi məqsədilə keçirilən Aqrar Biznes Festivalları çərçivəsindəcari il ərzində 7 “Kredit Yarmarkası” təşkil edilib. Yarmarkalardadövlətin maliyyə qurumları, bank sektoru, bank olmayan kredittəşkilatlarının, eləcə də fermer və sahibkarların fəal iştirakıtəmin olunub.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kredit yarmarkasının əsas məqsədi regionlardafəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini,məhsul istehsalçılarını maliyyə resurslarına çıxış imkanları ilətəmin etmək və aqrar sektorun dayanıqlı inkişafını dəstəkləməkdir.2025-ci ilin ilk 6 ayı ərzində təşkil olunan yarmarkalarçərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindənfermer və sahibkarlıq subyektlərinə ümumilikdə 965 500 manatdəyərində kredit verilib.

Yarmarkalar çərçivəsində maliyyələşmə imkanları, güzəştli kreditalətləri, subsidiya və təminat mexanizmləri mövzularında “Dövlətinmaliyyə mexanizmləri” panel sessiyaları təşkil olunub.Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit vəİnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu,Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, DövlətMəşğulluq Agentliyi və ölkənin aparıcı bankları və bank olmayankredit təşkilatları iştirak ediblər. Panel sessiyaları zamanıdövlətin kənd təsərrüfatı sektoruna yönəltdiyi maliyyə dəstəkalətləri, subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta imkanlarıvə fermerlər üçün yaradılan maliyyə mexanizmləri barədə fermer vəsahibkarlara məlumatlar verilib.

Cari il ərzində 6 iqtisadi rayonu əhatə etməklə İmişli, Ağdaş,Zəngilan, Quba, Samux və Şəmkir rayonlarında “Dövlətin maliyyəmexanizmləri” mövzusunda 6 panel müzakirə təşkil edilib.Müzakirələr zamanı iştirakçılar arasında qarşılıqlı fikirmübadiləsi aparılıb, mövcud çağırışlar və imkanlar təhlil olunub,praktiki suallara cavab verilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyaMərkəzinin təşkilatçılığı ilə fermerlərin maliyyə resurslarınaçıxışın asanlaşdırılması və sahibkarlığın təşviqi istiqamətindəAqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkaları və“Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin ilərzində davamlı şəkildə bütün iqtisadi rayonlarda təşkili nəzərdətutulur.

Seçilən
14
7
az.trend.az

8Mənbələr