AZ

Almaniya və Azərbaycan qarşılıqlı investisiyaları 60%-dən çox artırıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Almaniyadan Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 4,361 milyonABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 1,652 milyon ABŞ dolları və ya 61% artıb. 2024-cüilin ilk rübündə Almaniyadan Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 2,709 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə Azərbaycandan Almaniya iqtisadiyyatınayönəldilmiş birbaşa xarici investisiyaların həcmi 11,901 milyon ABŞdolları olub ki, bu da, illik müqayisədə 4,619 milyon ABŞ dolları,yaxud da 63,4% çoxdur. Ötən ilin ilk rübündə bu məbləğ 7,282 milyonABŞ dolları idi.

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xariciinvestisiyaların ümumi həcmində Almaniyadan yatırılaninvestisiyaların payı 0,3%, Azərbaycandan bu ölkəyəinvestisiyaların payı 3,8% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

Seçilən
0
9
az.trend.az

10Mənbələr