AZ

Tələbə Trampı məhkəməyə verib - 20 milyon dollarlıq təzminat tələbi var

ABŞ prezidenti Donald Tramp və administrasiyası məhkəməyə verilib.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə iddianı Kolumbiya Universitetinin tələbəsi, fələstinli fəal  Mahmud Xəlil qaldıırb.

Məlumata görə, iyunun 21-də sərbəst buraxılan Kolumbiya Universitetinin tələbəsi qanunsuz həbsnə görə Tramp və onun administrasiyasından 20 milyon dollarlıq təzminat tələb edir: "Siyasi motivli həbs nəticəsində  dəyən zərər iddia ərizəsində dəqiqliklə təsnifatlandırılıb".

Xəlilin özü isə ABŞ mətbuatına deyib ki, bu, Tramp və onun komandasının məsuliyyətli davranması üçün ibrət olacaq: "Məndən oğurlanan 104 günü heç nə geri qaytara bilməz. Aldığım travma, həyat yoldaşımdan ayrılıq, ilk uşağımın dünyaya gəlməsini görməmək və sair halların qarşılığını necə ödəmək olar?".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
13
1
mia.az

2Mənbələr