ABŞ prezidenti Donald Tramp və administrasiyası məhkəməyə verilib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə iddianı Kolumbiya Universitetinin tələbəsi, fələstinli fəal Mahmud Xəlil qaldıırb.
Məlumata görə, iyunun 21-də sərbəst buraxılan Kolumbiya Universitetinin tələbəsi qanunsuz həbsnə görə Tramp və onun administrasiyasından 20 milyon dollarlıq təzminat tələb edir: "Siyasi motivli həbs nəticəsində dəyən zərər iddia ərizəsində dəqiqliklə təsnifatlandırılıb".
Xəlilin özü isə ABŞ mətbuatına deyib ki, bu, Tramp və onun komandasının məsuliyyətli davranması üçün ibrət olacaq: "Məndən oğurlanan 104 günü heç nə geri qaytara bilməz. Aldığım travma, həyat yoldaşımdan ayrılıq, ilk uşağımın dünyaya gəlməsini görməmək və sair halların qarşılığını necə ödəmək olar?".
Tahir Şəlvəli
MİA.AZ