AZ

Tələbə Trampı məhkəməyə verib 20 milyon dollarlıq təzminat tələbi var

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp və administrasiyası məhkəməyə verilib.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə iddianı Kolumbiya Universitetinin tələbəsi, fələstinli fəal  Mahmud Xəlil qaldıırb.

O, mart ayında Fələstinə dəstək nümayişlərinə rəhbərlik etdiyi üçün ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları tərəfindən saxlanılmasının qanunsuz olduğunu əsas gətirib.

Məlumata görə, iyunun 21-də sərbəst buraxılan Kolumbiya Universitetinin tələbəsi qanunsuz həbsnə görə Tramp və onun administrasiyasından 20 milyon dollarlıq təzminat tələb edir: "Siyasi motivli həbs nəticəsində  dəyən zərər iddia ərizəsində dəqiqliklə təsnifatlandırılıb".

Xəlilin özü isə ABŞ mətbuatına deyib ki, bu, Tramp və onun komandasının məsuliyyətli davranması üçün ibrət olacaq: "Məndən oğurlanan 104 günü heç nə geri qaytara bilməz. Aldığım travma, həyat yoldaşımdan ayrılıq, ilk uşağımın dünyaya gəlməsini görməmək və sair halların qarşılığını necə ödəmək olar?".

Xatırladaq ki, ABŞ-dakı İsrailin Qəzzaya hücumua etiraz aksiyalarına rəhbərlik edən Kolumbiya Universitetinin aspirantı, fələstinli fəal Mahmud Xəlil martın 3-də həyat yoldaşı ilə evinə daxil olarkən saxlanılıb. Həmin vaxtı Xəlilin yaşıl kartı və tələbə vizası ləğv olunub0 Baxmayaraq ki, onun həyat yoldaşı da Amerika vətəndaşı olub...

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
mia.az

2Mənbələr