AZ

Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir

Brüssel İtaliya, Almaniya, Fransa və Avropa Bankı ilə birgə Ukraynanın bərpası üçün fond yaradır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Romada Kiyevə yardım üzrə konfransda açıqlayıb.

"Mən İtaliya, Almaniya, Fransa və Avropa İnvestisiya Bankı ilə birgə Ukraynanın bərpası üçün Avropa fondunun yaradılmasını elan etməyə hazıram", - o qeyd edib.

AK rəhbərinin sözlərinə görə, qrantlar, eləcə də kredit zəmanətləri vasitəsilə Ukraynaya 10 milyard avroya yaxın özəl investisiyanın cəlb edilməsi gözlənilir. Fon der Lyayen Ukrayna iqtisadiyyatına sərmayə qoymağın zəruriliyini bəyan edib.

Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib ki, Ukraynanı bərpa etmək üçün Marşall Planı üslubunda yanaşma və aydın liderliyə malik koalisiya lazımdır:

"Biz Rusiyanın nəyi məhv etdiyini bilirik və Ukraynanı, Ukrayna xalqını, həyatımızı bərpa etmək üçün nə lazım olacağını bilirik. Bizə sistemli yanaşma, başqalarına rəhbərlik edə və liderlik edə biləcək ölkələrin və şirkətlərin aydın rəhbərliyi ilə koalisiya lazımdır. Həm də aydın bərpa planına ehtiyacımız var".

O, Marşal Planının Avropanın bərpasında və transformasiyasında oynadığı rolu xatırladıb:

"Buna görə də Avropa onilliklər ərzində sülh və iqtisadi artıma nail olub. İndi isə bizim yeni tərəqqi dalğası yaratmaq üçün real imkanımız var. Bizə Marşal Planı üslubunda yanaşma lazımdır və biz bunu birlikdə inkişaf etdirməliyik".

Zelenskinin sözlərinə görə, ilk olaraq Rusiyanın pilotsuz təyyarələri və raketləri dayandırılmalıdır. Bunun üçün daha çox hava hücumundan müdafiə təchizatı, hava hücumundan müdafiə sistemlərinə və raketlərə daha çox investisiya lazımdır:

"Mən bütün tərəfdaşlarımızı sərmayələrini artırmağa çağırıram. Rusiyanın Ukraynaya hücumlarını artırdığı bir vaxtda bizdə pilotsuz təyyarələrin istehsalı üçün maliyyə çatışmazlığı ola bilməz".

Volodimir Zelenski əlavə edib ki, Ukrayna həm hücum, həm də müdafiə üçün dünyada ən qabaqcıl dron texnologiyasına malikdir.

Musavat.com

Seçilən
11
17
musavat.com

10Mənbələr