AZ

AK Prezidenti etimadsızlıq votumunun təşəbbüskarını ekstremist metodlardan istifadədə ittiham edib

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində çıxış edərək ona və Avropa Komissarları Kollegiyasını qarşı etimadsızlıq votumu ilə bağlı dinləmələrin təşəbbüskarı olan parlament üzvlərini ekstremistlər üçün təlimatdakı metod və vasitələrdən istifadə etməkdə günahlandırıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, bu barədə parlamentdə keçirilən dinləmələrdə ona qarşı irəli sürülən ittihamlara cavab verərkən bildirib.

Ursula fon der Lyayen həmçinin vurğulayıb ki, bu təklifi irəli sürən parlament üzvləri Kremldə və ya başqa yerdə olan ağalarının maraqlarına xidmət edirlər.

Seçilən
19
25
nocomment.az

10Mənbələr