İtaliyanın Kaorle şəhərində keçirilən güləş üzrə U-15 Avropa birinciliyinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, “Neftçi” İdman Klubunun güləşçisi vətənə medal gətirib.
Belə ki, milli komandamızın heyətində də yer alan yunan-Roma güləşçisi Hüseyn Mustafazadə (52 kq) mötəbər yarışın bürünc medalına layiq görülüb.