"Zirə"nin legioneri Giorgi Papunaşvili sosial şəbəkə hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi klubla yeni müqavilə imzaladıqdan sonra bunları yazıb:
“Bəli, mən bunu rəsmiləşdirdiyimə görə xoşbəxtəm. Səyahətimiz davam edir”.
Papunaşvili ilə 2 illik yeni müqavilə imzalanıb. O, 2026/2027-ci illər mövsümünün sonuna qədər "qartallar"ın heyətində çıxış edəcək.
"Papu" 2024-cü ilin yayından "Zirə"nin şərəfini qoruyur.