AZ

Məşhur baş məşqçi 1 il müddətinə azadlıqdan məhrum edildi - Vergi fırıldaqçılığına görə

“Real Madrid”in keçmiş baş məşqçisi Karlo Ançelotti vergi fırıldaqçılığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.

Sportinfo.az xəbər verir ki, bu haqda “EFE Noticias” məlumat yayıb.

Bildirilir ki, Braziliya millisinin hazırkı məşqçisi 2014-2015-ci illərdə İspaniyanın vergi qanunlarını pozmaqda iki maddə üzrə ittiham olunub.

İtalyanın vergi borcunun ümumi məbləği 1 217 958 avro təşkil edib. Məlumata görə, cəza şərtidir.

Mayın 23-də “Real Madrid” Ançelottinin baş məşqçi postundan istefa verdiyini açıqlayıb. O, daha sonra Braziliya millisi ilə anlaşıb.

Seçilən
29
1
sportinfo.az

10Mənbələr