Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Qalan müddətdən maksimum istifadə etməliyik".
Oxu.Az xəbər verir ki, bunu bu gün Ərzurumda "Bayburtspor"la yoxlama oyunu keçirən və 14:0 hesabı ilə qələbə qazanan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyun sonrası klubun rəsmi saytına açıqlamasında deyib.
"İyulun 6-dan hazırlığımızı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçiririk. Futbolçular günün birinci yarısında fitnes-zalda, ikinci məşqi isə meydanda reallaşdırır. Bu, ilk yoxlama oyunumuz idi. Əlbəttə, rəqibimizin nəyə qadir olduğu haqqında məlumatlı idik. Ona görə də bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik. Məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi. Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etməsidir. Hər kəs istəkli idi. Çalışmalarımız davam edir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik".
Anar Həsənov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.