AZ

Elmar Baxşıyev 14:0 hesablı qələbəni şərh etdi

Bu gün Ərzurumda Türkiyənin həvəskar liqa təmsilçisi “Bayburtspor”la yoxlama oyunu keçirən "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev görüşlə bağlı fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, 14:0 hesablı qələbəni şərh edən mütəxəssis hazırlıqla bağlı da danışıb:
“İyulun 6-dan hazırlığımızı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçirik. Futbolçular günün birinci yarısında fitnes-zalda, ikinci məşqi isə meydanda reallaşdırır. Bu ilk yoxlama oyunumuz idi. Əlbəttə, rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik. Ona görə də bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik. Məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi. Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etməsidi. Hər kəs istəkli idi. Çalışmalarımız davam edir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik”.
Seçilən
19
9
football-plus.az

10Mənbələr