AZ

"Sabah"a hörmət edirik, amma bizim də kifayət qədər gücümüz var" - Albert Riera

style='margin-bottom:10px;'>

"Əvvəllər rəqiblər barədə məlumat toplamaq bu qədər asan deyildi. Amma indi o qədər platformalar var ki, istənilən rəqib haqda məlumat əldə edə bilirsən. "Sabah" barədə kifayət qədər məlumatımız var".

QOL.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye"nin baş məşqçisi Albert Riera bu gün keçirdiyi mətbuat konfransında deyib.

Sabah Bakıda keçiriləcək oyunla bağlı sualları cavablandıran ispaniyalı mütəxəssis rəqib haqda kifayət qədər məlumatlı olduqlarını bildirib:  "Sabah"ı təhlil etmişik. Mənim keçmiş klubum "Qalatasaray"da oynamış Cesse Sekidika da "Sabah"da çıxış edir. Komandam sabahkı oyuna tam hazırdır".

Riera komandasında baş verən dəyişikliklərin müsbət nəticə verəcəyinə inandığını deyib: "Üç əsas futbolçu komandanı tərk etdi. Amma heyətə yeni oyunçular cəlb etmişik. Dəyişikliklər inkişaf üçün nəzərdə tutulub. Nikbin düşünürük. Bu dəyişikliklər oyunumuza müsbət təsir edəcək".

A.Riera "Sabah"ın avrokuboklarda əvvəlki mövsümlərdə güclü rəqibləri məğlub etməsi sizi qorxutmur ki?" sualını belə cavablandırıb: "Biz də güclü futbol ölkələrinin təmsilçilərinə qarşı oynamışıq. Bu, hansısa komandanı dəyərləndirməyə o qədər də əsas vermir. "Sabah"ın Azərbaycan kubokunun qalibi olduğunu bilirik. Rəqibə hörmət edirik. Amma bizim də kifayət qədər gücümüz var. Bütün suallara cavab görüşündə aydınlıq gələcək".

Seçilən
16
6
teleqraf.com

10Mənbələr