AZ

Sertifikasiyadan kəsilən müəllimlər MİQ-də İŞTİRAK EDİR

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları sabah yekunlaşacaq. Proses yekunlaşdıqdan sonra məktəblərdə nə qədər vakant yerlərinin olduğu da məlum olacaq.

Təhsil eksperti Ramin Nurəliyev MİQ imtahanının gedişi haqqında Modern.az-a bildirib ki, bu imtahanlara həm ali təhsil müəssisəsini yeni bitirənlər, həm də ali təhsilini daha əvvəldən bitirən, lakin ümumi təhsil məktəblərində işləməyən müəllimlər müraciət edə bilir.

"Sertifikasiyadan kəsilən müəllimləri yenidən MİQ-ə müraciət etdi"

“Bu il sertifikasiya imtahanından kəsilən müəllimlərin də MİQ imtahanlarına müraciəti diqqət çəkdi. Həmin müəllimlər də MİQ imtahanında iştirak etməklə məktəblərdə işə qəbul olunmaq istəyirlər. Gələcəkdə də bu cür nümunələr, yəni sertifikasiyadan kəsilən müəllimlərin ümumtəhsil məktəblərində yenidən dərs deməsi üçün MİQ-ə müraciət etmə halları artacaq”.

"Bu il vakansiya yeri artacaq"

Ekspertin sözlərinə görə, bu il əvvəlki illərə nisbətən vakansiya yeri artacaq, əsas səbəb də sertifikasiya imtahanından kəsilən müəllimlərin boş qalan yerləridir:

“Bu yerlər də əvvəlki illərlə müqayisədə çoxalır, həmçinin işğaldan azad olunan ərazilərdə yerləşən məktəblərdə müəllim ehtiyacını diqqətə alsaq, belə nəticəyə gəlmək olar ki, əvvəlki illərlə nisbətən bu il müəllimlərin işə qəbulu üçün ayrılan yerlər daha çoxdur. Bu da həm ali təhsil müəssisəsini bitirən gənc kadrların işə qəbul olunmasına, eləcə də, ümumtəhsil məktəblərində işləmək arzusunda olan müəllimlərin işə qəbulunda müəyyən köməklik göstərəcək”. 

Seçilən
17
42
modern.az

10Mənbələr