Bakı. Trend:
Müəllimlərin işə qəbulu imtahanlarının ilk mərhələsi bir neçəgündür ki, davam edir. Ötən gün MİQ-in üçüncü günü də başaçatıb.
Maraqlıdır, bəs, MİQ imtahanının ilkin nəticələriqaneedicidir?
Məsələ ilə bağlı Trend-ə danışan Təhsil İşçilərinin HəmrəyliyiAlyansının (TİHA) sədri, təhsil eksperti ƏmrahHəsənli bildirib ki, 2025-ci il üzrə müəllimlərin işəqəbulu imtahanlarının ilk mərhələsi artıq bir neçə gündür ki, davamedir və prosesə baxdıqda müəyyən ilkin nəticələrə əsasən bəziqiymətləndirmələr aparmaq mümkündür:
“İlk növbədə qeyd etməliyik ki, imtahanlarda iştirak üçün onminlərlə müraciətin olması özü-özlüyündə cəmiyyətin müəllimlikpeşəsinə artan marağından xəbər verir. Bu maraq təkcə kəmiyyət yox,keyfiyyət baxımından da diqqətçəkicidir – çünki iştirakçılarınəhəmiyyətli hissəsini gənclər təşkil edir. Gənclərin bu peşəyəaxını onu göstərir ki, müəllimlik artıq sosial baxımdan nüfuzlu vərəğbət görən bir ixtisasa çevrilməkdədir. İmtahanların təşkilibaxımından da bir sıra müsbət məqamlar müşahidə olunur. Prosesiizləyən bir ekspert kimi qeyd edə bilərəm ki, bu ilki MİQimtahanları texniki və təşkilati baxımdan əvvəlki illərləmüqayisədə daha sistemli və şəffaf şəkildə həyata keçirilir.Kompüterləşdirilmiş imtahan sistemi, sualların eyni fənn üzrə eynivaxtda verilməsi, testlərin standartlaşdırılması və ümumi texnikitəhlükəsizlik tədbirləri imtahanların obyektivliyini təmin edənəsas amillər sırasındadır. Əldə olan ilkin məlumatlara əsasən,davamiyyət səviyyəsi də qənaətbəxşdir – bəzi mərkəzlərdə bugöstərici 80-90% arasında dəyişib. Bu da onu göstərir ki,iştirakçılar imtahanlara ciddi hazırlaşıb və prosesi məsuliyyətləqarşılayıblar. Bu həm də təhsil sahəsində çalışan və ya çalışmaqistəyən şəxslərin sistemə inamının göstəricisidir”.
Ekspert qeyd edib ki, nəticələrin qaneedici olub-olmamasınıtəkcə bal göstəriciləri ilə yox, həm də ümumi dinamika iləqiymətləndirmək lazımdır.
“Yəni təkcə imtahan nəticələrinin yüksək və ya aşağı olması yox,həm də imtahanın təşkilati keyfiyyəti, şəffaflıq, iştirakçıməmnuniyyəti və daha sonra aparılacaq yerləşdirmə mərhələsinin necəaparılması da ümumi mənzərəyə ciddi təsir edən faktorlardır. Busəbəbdən də ilkin mərhələdə nəticələr ümumən qaneedici sayılabilər, lakin yekun dəyərləndirmə üçün bütün mərhələlərintamamlanmasını gözləmək daha doğru yanaşma olar. İmtahanlarınarxasındakı əsas məqsəd yalnız boş yerləri doldurmaq deyil, eynizamanda təhsilin keyfiyyətini artıracaq kadrları düzgün seçməkdir.Bu baxımdan imtahanın hər bir detalı – sual keyfiyyətindən tutmuşnəticələrin şərh olunmasına qədər – cəmiyyət üçün həssas vəvacibdir.
Sonda onu da qeyd etmək istəyirəm ki, bu cür genişmiqyaslıimtahanların keçirilməsi müəllim peşəsinin cəmiyyətə düzgüntəqdimatı, ictimai nüfuzunun formalaşması və keyfiyyətli təhsilintəmin olunması baxımından əhəmiyyətli rol oynayır. Ümid edirik ki,növbəti mərhələlərdə də eyni səviyyədə obyektivlik və sistemlilikqorunacaq və nəticələr də bu səyləri əks etdirəcək”,- deyə Ə.Həsənli əlavə edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil vəKommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədovisə Trend-ə bildirib ki, Müəllimlərin İşə Qəbulu (MİQ)imtahanlarının 2025-ci il üzrə artıq üçüncü günü başa çatıb vəilkin mərhələdə müşahidə edilən göstəricilər təhsil sistemindəinsan resurslarının seçimi ilə bağlı aktual problemləri bir dahagündəmə gətirir.
“İmtahan prosesində iştirak edən müəllim namizədlərinin sayındaötən illərlə müqayisədə artım müşahidə olunur. 2024-cü ildəümumilikdə 63 min nəfər MİQ imtahanına müraciət etmişdisə, bu il burəqəm 68 minə yaxınlaşır. Bu isə təhsil sahəsinə marağın artdığınıgöstərsə də, kəmiyyətin artması keyfiyyətin yüksəlməsi anlamınagəlmir. İmtahanın keçirilməsi qaydaları “Təhsil haqqında” Qanunun21-ci maddəsinə əsasən müəllimlərin işə qəbulu və ixtisasartırmasıüzrə normativlərə uyğun olaraq tənzimlənir. Lakin qanunda nəzərdətutulan “təhsilverənin bilik və bacarıqlarının praktik fəaliyyətdəsəmərəli tətbiqinə dair keyfiyyət meyarları” ilə test məzmunununuyğunluğu şübhə doğurur. İmtahanda təqdim olunan sualların birhissəsi tədris proqramından kənar nəzəriyyəyə əsaslandığından, realpedaqoji fəaliyyətdə tətbiqi mümkün olmayan akademik biliklərləyüklənib. Bu, xüsusilə fənn kurikulumlarının məzmunu ilə imtahantapşırıqları arasında ziddiyyət yaratmış olur. Məsələn, ibtidaisinif müəllimliyi üzrə iştirak edənlərin çoxu kurikuluma uyğundavranış və bacarıqların yoxlanmadığını bildirir”,- deyə o əlavəedib.
Kamran Əsədov vurğulayıb ki, eyni zamanda bəzi fənlər üzrəimtahan suallarında texniki qüsurlar və məntiqi uyğunsuzluqlarbarədə sosial mediada geniş narazılıqlar yayılıb:
“İştirakçılar arasında keçirilən qeyri-rəsmi sorğular göstərirki, imtahan iştirakçılarının təxminən 18 faizi imtahanın məzmunu vətəşkilinə dair mənfi rəy bildirib. Digər tərəfdən, ötən ilinnəticələrinə əsasən, imtahanda iştirak edənlərin 34 faizi 30-danaşağı bal toplamışdı. Bu ilin ilkin mərhələsinə dair statistikalarda oxşar göstəriciləri ehtiva edir və bu tendensiya davam edərsə,nəticələrin ümumi səviyyədə yüksəldiyi deyil, stabil qaldığıgörünəcək. Müsbət tərəf ondan ibarətdir ki, bu il imtahanmüddətinin və cavablandırma formatının bir qədər dəsadələşdirilməsi ilə müəllim namizədlərinə daha sərbəst düşünməimkanı yaradılıb. Həmçinin, riyaziyyat və tarix kimi bəzi fənlərüzrə testlər əvvəlki illərə nisbətən daha funksional vətətbiqyönümlü olub. Bu, Təhsil İnstitutunun yeni formatlı sualnümunələri təqdim etməsi ilə əlaqələndirilir. Müsbət məqamlardanbiri də odur ki, bu il bəzi fənlər üzrə ixtisas sualları iləyanaşı, tədris metodikası ilə bağlı açıq tipli suallara üstünlükverilməsi planlaşdırılıb. Bu isə müəllimin real dərs prosesindəqərarvermə və refleksiya qabiliyyətinin qiymətləndirilməsinə şəraityarada bilər”.
Onun sözlərinə görə, dünya təcrübəsinə nəzər yetirdikdə,müəllimlərin seçimində yalnız test üsulu ilə deyil, praktik dərsnümunələri, portfoliolar və müsahibə mərhələləri ilə birgəçoxmərhələli sistemlər tətbiq olunur:
“Məsələn, Finlandiyada müəllim olmaq üçün yalnız akademiktestlər deyil, universitet səviyyəsində pedaqoji bacarıq, elmitədqiqat aparmaq və sinifdə tətbiq imkanları yoxlanılır. Estoniyadaisə müəllimlərin seçimi zamanı tədris videosu və fərdi müəllimlayihəsi təqdim etmək tələb olunur. Azərbaycanda isə bu cürçoxşaxəli qiymətləndirmə modelləri demək olar ki, mövcud deyil vəseçim yalnız test nəticələrinə əsaslanır. Əgər testlər bu şəkildədavam edərsə, nəticələr dəyişməyəcək, çünki müəllimlərin yalnıznəzəri biliyinə fokuslanmaq praktik keyfiyyət göstəricilərinikölgədə qoyur. Dəyişməli olan əsas məsələ imtahanın məzmunu vəstrukturudur. Bu sistem təkcə bilik yox, bacarıq yönümlü olmalı,tədris metodikası üzrə suallar nəzəriyyədən daha çox realsituasiyalarla ölçülməlidir. İmtahandan sonra müsahibə vəportfoliolarla davam edən ikinci mərhələ tətbiq olunmalıdır”.
K.Əsədov həmçinin qeyd edib ki, digər vacib dəyişiklik isəimtahan nəticələrinin təhlil edilməsinin ictimai və elmi əsaslarlaaparılmasıdır.
“Hər bir fənn üzrə imtahanlardan sonra Dövlət İmtahan Mərkəzi vəTəhsil Nazirliyi tərəfindən geniş hesabatların hazırlanması və buhesabatların açıq müzakirəyə təqdim edilməsi tələb olunmalıdır.İmtahan sisteminin davamlı tənqidlərə məruz qalması, onunlegitimliyini və etibarlılığını sarsıdır. Halbuki şəffaflıq vəhesabatlılıq gücləndirilsə, sistemə olan inam da artar.
Son nəticə olaraq, bu ilin MİQ imtahanları təkmilləşmə yolundakiçik addımlar atsa da, əsaslı keyfiyyət dəyişiklikləri hələlikmüşahidə olunmur. İmtahan sistemində məzmunun praktikayayaxınlaşdırılması, beynəlxalq təcrübənin tətbiqi vəqiymətləndirmənin çoxmərhələli model əsasında aparılması vacibdir.Əks halda, müəllim seçimi prosesi keyfiyyətli təhsil üçün yetərlizəmanət verə bilməz”,- deyə o fikrini tamamlayıb.