AZ

Birinci yarımildə pensiya ödənişlərinə 3,5 milyard manatdan çox vəsait yönəldilib

Bu ilin yanvar-iyun ayları ərzində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 315 milyon manat çox olmaqla 3,548 milyard manat vəsait yönəldilib.

Operativ Media xəbər verir ki. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Cari ilin ilk 6 ayında 24 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 162 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
10
16
operativmedia.az

10Mənbələr