AZ

Birinci yarımildə pensiya ödənişlərinə 3 milyard 548 milyon manat vəsait yönəldilib

Bakı, 8 iyul, AZƏRTAC

Bu ilin birinci yarımilində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (315 milyon manat) çox olmaqla 3 milyard 548 milyon manat vəsait yönəldilib.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Cari ilin 6 ayında 24 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 162 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
4
16
azertag.az

10Mənbələr