AZ

Bu il pensiya ödənişlərinə 10 faiz çox vəsait yönəldilib

Bu ilin birinci yarımilində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (315 mln. manat) çox olmaqla 3 mlrd. 548 mln. manat vəsait yönəldilib.

Qaziler.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir. 

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.  

Cari ilin 6 ayında 24 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 162 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
13
16
qaziler.az

10Mənbələr