İslam Respublikası nüvə proqramını bərpa edərsə, İsrail İran ərazisinə yeni zərbələr endirə bilər.
Bakues.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən çəlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri hesab edirlər ki, ABŞ Prezidenti Donald Tramp buna icazə verə bilər.
Belə ki, Vaşinqtona son səfərindən sonra İsrailin strateji planlaşdırma naziri Ron Dermer qapalı görüşlərdə Ağ Ev rəhbərinin “müəyyən şəraitdə” İrana zərbələri dəstəkləyəcəyi ilə bağlı fikirlərini bildirib.
Portal onların arasında Tehranın Fordo, Natanz və İsfahandakı hücuma məruz qalmış nüvə obyektlərindən yüksək zənginləşdirilmiş uranı çıxarmaq cəhdini qeyd edib. Digər səbəb isə uranın zənginləşdirilməsi obyektlərində işlərin bərpası ola bilər.