AZ

KİV: İsrail İrana yenidən zərbələr endirə bilər

BAKI. 8 iyul. TELEQRAF

İsrail İranın nüvə proqramı bərpa edildiyi təqdirdə bu ölkənin ərazisinə yeni zərbələr endirməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəsmiləri hesab edirlər ki, ABŞ Prezidenti Donald Tramp buna razılıq verə bilər. Belə ki, İsrailin strateji planlaşdırma naziri Ron Dermer Vaşinqtona son səfərindən sonra keçirilən qapalı görüşlərdə Ağ Ev rəhbərinin “müəyyən şərtlər daxilində” İrana zərbələri dəstəkləyəcəyi fikrini ifadə edib.

Hücum üçün səbəblər arasında rəsmi Tehranın Fordo, Nətənz və İsfahandakı hücuma məruz qalmış nüvə obyektlərindən yüksək zənginləşdirilmiş uranı çıxarmaq cəhdi göstərilir. Digər səbəb uranın zənginləşdirilməsi obyektlərinin işinin bərpası ola bilər.

Seçilən
14
20
teleqraf.com

10Mənbələr