AZ

"Borussiya" Karni Çukvuemekanın icarəsini uzatmaq istəyir

"Çelsi"yə məxsus olan və hazırda icarə əsasında "Borussiya Dortmund"da çıxış edən Karni Çukvuemeka karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Talksport"a istinadən yaydığı xəbərə görə, Dortmund təmsilçisinin rəhbərliyi 21 yaşlı yarımmüdafiəçinin icarəsini daha bir mövsüm uzatmaq niyyətindədir. Lakin futbolçunun tam transferi üçün tələb olunan 46 milyon avroluq məbləğ "Borussiya" üçün hazırda çətinlik yaradır.

Gənc futbolçu ötən mövsüm Bundesliqada 10 oyuna çıxıb, 1 qol vurub və 1 sarı vərəqə alıb.

Seçilən
27
19
90deqiqe.az

10Mənbələr