AZ

KİV: Osimhen karyerasını davam etdirəcəyi klubu seçdi

BAKI, 7 iyul. TELEQRAF

“Napoli”nin hücumçusu Viktor Osimhen “Qalatasaray”da qalmaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb.

Məlumata görə, Türkiyə klubu nigeriyalının tələb etdiyi məbləği ödəməyə razılaşıb. Afrikalı forvardın “sarı-qırmızılar”ın heyətində mövsümə16 milyon avro maaş alacağı bildirilir.

Futbolçu başa çatan mövsümdə də icarə əsasında “Qalatasaray”da çıxış edib.

Qeyd edək ki, “Napoli” 26 yaşlı nigeriyalını 75 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil.

Seçilən
2
32
teleqraf.com

10Mənbələr