AZ

Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimi keçiriləcək

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İyulun 18-də “Alov qüllələri” kompleksinin “Üzeyir Hacıbəyov zalı”nda baş tutacaq tədbir saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.

Seçilən
10
16
idmanxeber.az

10Mənbələr