Misli Premyer Liqasında 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, mərasim iyulun 18-də baş tutacaq. "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda keçiriləcək tədbir saat 15:00-da start götürəcək.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan çempionatının yeni mövsümü avqustun 15-də start götürəcək