Almaniyada sənaye istehsalı may ayında əvvəlki ayla müqayisədə 1,2% artıb.
məlumat yayıb.
Bakues.az “Trading Economics”ə istinadən xəbər verir ki, bu, ölkənin statistika idarəsinin hesabatında yer alıb.
Hesabata görə, may ayında əsas vəsaitlərin istehsalı 4,1%, istehlak mallarının istehsalı 0,5% artıb, aralıq malların istehsalı isə 2,1% azalıb.
Maşınqayırmada istehsalın həcmi 4,9 faiz, energetika sektorunda 10,8 faiz, əczaçılıq sənayesində 10 faiz artıb.
İllik ifadədə Almaniyada sənaye istehsalı may ayında 1% artıb.