Bu ilin yanvar-may aylarında ölkədə 19 273,2 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 5,9 faiz və ya 1 067,4 min dkl çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin aprel ayı ilə müqayisədə isə mayda istehsal həcmində 7,9 faiz və ya 388 min dkl artım müşahidə olunub. May ayında 5 312,7 min dkl alkoqolsuz içkilər istehsal edilib.
İyun ayının 1-nə hazır məhsul ehtiyatı 870,5 min dkl təşkil edib.