AZ

Azərbaycanda tikinti materiallarının, o cümlədən sement istehsalı azalıb

Tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-may aylarında istehsalın ümumi dəyəri 523,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz azalmışdır.

Marja.az xəbər verir ki, bu, 2025-ci ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində bildirilir.

Qeyd edilib ki, dövr ərzində tikinti şüşəsinin istehsalı 4,0 faiz sement istehsalı 4,4 faiz, beton istehsalı 9,7 faiz, gips məmulatlarının istehsalı 9,7 faiz, asfalt istehsalı 41,2 faiz azalmışdır.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-may aylarında 495,6 milyon manatlıq məhsul istehsal olunmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 9,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 12,9 faiz azalma müşahidə olunmuşdur. 2025-сi ilin yanvar-may aylarında metallurgiya sənayesi üzrə armatur istehsalı 15,8 faiz, polad tökmə istehsalı 21,3 faiz, mis məftil istehsalı 82,8 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 42,9 faiz azalmışdır

Seçilən
81
14
marja.az

10Mənbələr