Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, mərasim 18 iyul tarixində “Alov qüllələri” kompleksinin “Üzeyir Hacıbəyli zalı”nda baş tutacaq. Tədbir “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Tədbir saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.