Bakı. Trend:
Mənim həyatıma qarşı sui-qəsd planının arxasında ABŞ deyil,İsrail idi.
Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xaricimediaya açıqlamasında deyib.
O qeyd edib ki, əldə olunan kəşfiyyat məlumatına görə, İsrailiclas təşkil olunacaq ərazinin bombalanması nəzərdə tutulubmuş.
“İran xalqı müstəqilliyi uğrunda canını qurban verməkdənqorxmur. İsrailin İrana qarşı tətbiq etdiyi müharibə bir məqamlanəticələndi. O da İran vətəndaşları arasında həmrəylik və birliyinartması idi”, - deyə o qeyd edib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.