Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Mərasim 18 iyul tarixində "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq. Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. Tədbir saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.