AZ

İsrail "Qara Bayraq" əməliyyatının başlandığını ELAN ETDİ

İsrail Müdafiə Qüvvələri (IDF) husilərə qarşı "Qara Bayraq" əməliyyatı həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz tməlumat verib.

O deyib ki, İsrail Müdafiə Qüvvələri hazırda Hudeyda, Ras İsa və Səlif limanlarında husi terrorist rejiminin hədəflərini hədəf alır. Hədəflər arasında 2023-cü ilin noyabrında Qırmızı dənizdə husilər tərəfindən ələ keçirilən elektrik stansiyası və “Galaxy Leader” gəmisi də var.

“Artıq xəbərdarlıq etdiyim kimi, Yəmənə də Tehranla eyni münasibət göstəriləcək”, - Katz deyib.

İDF-nin məlumatına görə, hədəflər İranın dəstəklədiyi husilər tərəfindən silah tədarükü və İsrailə və beynəlxalq gəmiçiliyə qarşı terror fəaliyyəti həyata keçirmək üçün istifadə edilib.

Seçilən
1
43
publika.az

10Mənbələr