AZ

ABŞ da yük gəmisi yanıb, 3000 dən çox avtomobil okean sularında batıb

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ-da yanan 3000-dən çox avtomobili daşıyan yük gəmisi Alyaska sahillərində batıb.

Bizimyol.info xəbər verir ki, “New York Times” qəzetinin ABŞ Sahil Mühafizəsinin bəyanatına əsaslanaraq verdiyi məlumata görə, iyunun 3-də “Morning Midas” yük gəmisində yanğın baş verib.

Çin-Meksika səfərində olan Liberiya bayraqlı gəmidə baş verən yanğından sonra ekipaj ilk yardım çağırışı edib. Yanğınsöndürmə və xilasetmə qrupları yanğından 1 həftə sonra yük gəmisinə çata bilib.

Xilasetmə əməliyyatları zamanı 22 nəfərlik ekipaj təxliyə edilib. Gəmidə baş verən yanğını söndürmək mümkün olmayıb.

3 həftə dənizdə sürüklənən "Morning Midas" bu həftənin əvvəlində Alyaskanın Adak şəhərindən təxminən 720 kilometr cənub-qərbdə çevrilib. 182 metr uzunluğundakı gəmi yükündəki 3048 avtomobillə təxminən 5000 metr dərinliyə batıb.

Gəminin qeydiyyatda olduğu Londonda yerləşən "Zodiac Maritime" şirkəti hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bildirilir ki, insident Şimali Sakit okean regionunda dəniz naviqasiyası təhlükəsizliyini poza bilər və gəmidəki 1800 tondan çox yanacağın sızma təhlükəsi var.

ABŞ Sahil Mühafizəsinin Qərbi Alyaska və Arktika Bölgəsi komandiri Kristofer Kulpepper verdiyi açıqlamada: "Mümkün çirklənmə əlamətlərinə cavab vermək üçün "Zodiac Maritime" ilə fəal işləyirik", - deyib.

Yanğının gəminin yükündəki elektrik avtomobillərinin səbəb ola biləcəyi iddia edilir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
4
bizimyol.info

10Mənbələr