AZ

Yəmənin Hodeyda sahillərində gəmiyə hücum edilib

Bakı. Trend:

Yəmənin Hodeyda limanı sahillərində ticarət gəmisinə hücumedilib.

Trend-inməlumatına görə, bu barədə Böyük Britaniyanın Kral DonanmasınınDəniz Ticarət Ofisi (UKMTO) öz saytında məlumat yayıb.

Bildirilib ki, gəmi bir neçə kiçik qayıq tərəfindən hücuma məruzqalıb. Həmin qayıqlardan atıcı silahlar və özüyeriyənqumbaraatanlardan atəş açılıb. Gəmidəki silahlı mühafizə qrupucavab atəşi açıb. Vəziyyətin davam etdiyi bildirilir. Hücumla bağlıaidiyyəti orqanlar araşdırmalara başlayıb.

Qeyd olunub ki, insident Hudeydədən 51 dəniz mili cənub-qərbdəbaş verib. UKMTO bölgədəki bütün gəmilərə ehtiyatlı olmağı vəşübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyi tövsiyəedib.

Seçilən
5
25
az.trend.az

10Mənbələr