AZ

The Daily Telegraph: Britaniya İranı özünə ən böyük təhdid adlandıracaq

BAKI, 7 iyul. TELEQRAF

Britaniya İranı milli təhlükəsizliyinə ən böyük təhdidlərdən biri adlandırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti parlamentin kəşfiyyat və təhlükəsizlik komitəsinin əldə etdiyi məxfi hesabata istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, hazırlanmasına iki il sərf olunan 100 səhifəlik sənəddə İranın xüsusi xidmət orqanlarının guya Böyük Britaniyada müxalifləri fiziki cəhətdən aradan qaldırmağa çalışdığına dair nəticə yer alacaq.

Məqalədə qeyd edilir ki, Britaniya kəşfiyyatına işləyən iranlı mütəxəssislərlə müsahibələr və məxfi sənədlərin tədqiqi əsasında hazırlanan hesabatın müəllifləri iranlı hakerlərin Britaniya şirkətlərinə vurduğu iddia edilən zərərə də diqqət çəkəcəklər.

Hesabatın hazırlanmasına Britaniyanın Baş naziri Kir Starmer şəxsən icazə verib. Məqalədə sənədin çap olunacağı tarix qeyd edilmir.

Seçilən
1
50
teleqraf.com

10Mənbələr