AZ

Rusiyadan üç ölkəyə ittiham: İrana hücumda iştirak ediblər

BAKI, 4 iyul. TELEQRAF

“Böyük Britaniya, Fransa və Almaniya ABŞ və İsrailin İrana hücumunda faktiki olaraq ortaq olub”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.

“Beynəlxalq hüququn bu kobud pozuntuları London tərəfindən heç bir etiraz edilmədən qəbul olunub. Amma ingilislər Yaxın Şərqdə böyük müharibəyə girməyə tələsmirlər. Buna görə də hücumdan sonra ilk saatlarda Londonda bütün səviyyələrdə İranın nüvə obyektlərinin atəşə tutulmasında iştirak etmədiklərini bəyan etməyə tələsdilər. Amma bu, Londonun Berlin və Parislə birlikdə uzun illər İranın nüvə proqramını gözdən salmaq cəhdləri fonunda mahiyyəti dəyişmir. Bu, faktiki olaraq bu ölkələri təcavüzün ortağı edib”, - Kelin bildirib.

Seçilən
45
50
teleqraf.com

10Mənbələr