AZ

“Keçmiş Sovet coğrafiyasında Kremlin uzaqlaşma”

“Rusiyada Azərbaycan vətəndaşlarının kütləvi həbsindən sonra Moskva ilə Bakı arasında münasibətlər gərginləşib. Rusiya cinayəti törədənləri təqib etdiyini iddia etsə də, bu bəraət Azərbaycan tərəfini inandırmayıb və bu dosyenin hazırkı açılmasının arxasında başqa səbəblərin olduğuna dair şübhələr yaradıb”. Bu sözlər ərəb mediasının yazılıb.

Medianın xəbərində deyilir ki, “iki ölkə arasındakı gərginlik keçmiş sovet coğrafiyasında qüvvələr balansında əhəmiyyətli dəyişiklikləri əks etdirir və Kremlə birbaşa meydan oxuya biləcək regional güclərin meydana çıxmasından xəbər verir. Bu vəziyyət Azərbaycan prezidenti İlham Əliyevin Moskvada keçirilən qələbə paradında iştirak etməkdən çəkinməsinə səbəb olub”.

Vaşinqtondakı “Kenan” İnstitutunun eksperti Maksim Trudolyubov, “Bakının Moskvaya meydan oxumağa hazırlığı regional güc balansında dəyişiklikdən xəbər verir. Azərbaycan daha müstəqil aktor kimi mövqeyini möhkəmləndirir”, – deyib.

Ərəb mətbuatının etdiyi məlumata görə, Rusiya qəzetləri və aparıcı yazarları Bakının Ukrayna ssenarisi ilə, yəni münasibətlərin kəsilməsi, ortaq təməllərin zəiflədilməsi və iki ölkənin hərbi münaqişəyə sürüklənməsi istiqamətində getdiyi barədə xəbərdarlıq edir.

Seçilən
11
50
vaxt.az

10Mənbələr