Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ PrezidentiDonald Trampla keçirdiyi telefon danışığını “indiyə qədərki ənyaxşı və məhsuldar söhbət” adlandırıb.
Trend xəbər verirki, axşam videomüraciətində çıxış edən Zelenski bildirib ki,tərəflər hava hücumundan müdafiə (HHM) məsələlərini və xüsusilə“Patriot” sistemlərinin vacibliyini müzakirə ediblər:
“Mən kömək etməyə hazır olduğuna görə təşəkkür edirəm. MəhzPatriot sistemləri ballistik raketlərdən müdafiənin əsasaçarıdır.”
Ukrayna lideri həmçinin birgə dron istehsalı ilə bağlı razılığınəldə edildiyini də açıqlayıb:
“Biz ABŞ ilə pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığınəhəmiyyətli dərəcədə artırılması barədə razılığa gəldik. Bu həftəUkrayna Müdafiə Nazirliyi və ABŞ-nin aparıcı şirkətlərindən biriarasında müqavilə imzalanıb. Bu müqavilə Ukraynaya bu il yüzminlərlə pilotsuz təyyarə gətirəcək.”
Zelenski əlavə edib ki, gələcəkdə ABŞ və Ukrayna komandaları burazılaşmaları geniş şəkildə işləyib, texniki və əməliyyatimkanlarını artırmağa çalışacaqlar.
Prezident qeyd edib ki, qarşıya qoyulan məqsədlər arasındadronların məhsuldarlığının artırılması, operatorların daha yüksəksəviyyədə hazırlanması və hava hədəflərinin daha effektiv məhvedilməsi məsələləri də var.