18 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan milli komandası Avropa Çempionatı B divizionunda qrupda 3-cü oyununu keçirib. 

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qızlarımız Litva yığması ilə görüşdə 31:82 hesabı ilə məğlub olublar. 

Azərbaycan milli komandasının qrupda növbəti oyunu 8 iyul saat 14:00-da İslandiya seçməsinə qarşı baş tutacaq.

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə qazanıb. İkinci oyunda isə Ukraynaya uduzublar - 65:78.