AZ

Ermənistandan SƏRT QADAĞA


Rəsmi İrəvan üçüncü dövlətlərin Ermənistan ərazisindən kiməsə qarşı hərbi əməliyyatlar üçün istifadə etməsi ehtimalını rədd edib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Ermənistan Respublikasının ərazisi üçüncü dövlətlər tərəfindən heç bir qonşu dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edilə bilməz”, - deyə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Nazirlik Ermənistanda Rusiya ordusunun güclənməsi ilə bağlı mətbuatda yayılan xəbərləri belə şərh edib.

İyulun 5-də Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Yusov bildirib ki, Moskva Bakı ilə münasibətlərin pisləşməsi fonunda Ermənistanda hərbi mövcudluğunu genişləndirir. Onun sözlərinə görə, Rusiya bazası üçün kadrlar Rostov və Volqoqrad vilayətlərində, eləcə də Krımda olan hərbi qulluqçulardan cəlb olunur. Bundan əlavə, o bildirib ki, hakimiyyət Şimali Osetiya və Adıgey sakinləri arasında fəal şəkildə könüllülər axtarır.



Seçilən
10
25
news24.az

10Mənbələr