AZ

Ermənistan ölkə ərazisindən hərbi məqsədlər üçün istifadə imkanını rədd edib

Rəsmi İrəvan üçüncü dövlətlərin Ermənistan ərazisindən digər ölkələrə qarşı hərbi əməliyyat üçün istifadə olunması ehtimalını rədd edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin sosial şəbəkələrdə dərc etdiyi bəyanatında deyilir.

“Mətbuatda yer alan bəzi uydurma məlumatlara cavab olaraq Ermənistan öz prinsipial mövqeyini bir daha təsdiqləyir: ölkə ərazisi üçüncü dövlətlər tərəfindən heç bir qonşu ölkəyə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edilə bilməz”, - bəyanatda vurğulanır.
Seçilən
8
50
sherg.az

10Mənbələr