AZ

Rəsmi İrəvan: Ermənistan ərazisi üçüncü dövlətlər tərəfindən hərbi əməliyyatlar üçün istifadə edilə bilməz

BAKI, 6 iyul. TELEQRAF

Rəsmi İrəvan üçüncü dövlətlərin Ermənistan ərazisindən hərbi əməliyyatlar üçün istifadə edilməsi ehtimalını rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinın (XİN) bəyanatında bildirilir.

XİN-in sosial şəbəkə hesabında deyilir: “Mətbuatda yer alan bəzi uydurma məlumatlara cavab olaraq Ermənistan öz prinsipial mövqeyini bir daha təsdiqləyir: Ermənistan ərazisi üçüncü dövlətlər tərəfindən heç bir qonşu dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edilə bilməz”.

Seçilən
6
50
teleqraf.com

10Mənbələr