AZ

“Bavariya” Camalın zədəsi ilə bağlı rəsmi açıqlama yaydı

“Bavariya” klublararası dünya çempionatının 1/4 final mərhələsinin PSJ-yə qarşı oyununda (0:2) ciddi zədə alan hücumameyilli yarımmüdafiəçi Camal Musialanın səhhəti ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, məlumat klubun saytında yerləşdirilib. “Almaniya çempionunun tibbi müayinəsi zamanı məlum olub ki, futbolçunun ayaq biləyinin çıxması nəticəsində sümüyünün sınığı var. 22 yaşlı futbolçu bazar günü səhər Orlandodan Münhenə uçub və yaxın vaxtlarda əməliyyat olunacaq”, – klubun açıqlamasında deyilir.

Xatırladaq ki, birinci hissənin sonunda Musiala parislilərin qapıçısı Canluici Donnarumma ilə toqquşub. Hadisədən sonra futbolçu meydançadan xərəkdə daşınıb.

Seçilən
0
50
publika.az

10Mənbələr