Tomas Müller "Bavariya"da son oyununu keçirib.
QOL.az xəbər verir ki, bu Klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə görüşdə gerçəkləşib.
Hələ ötən mövsümün sonunda Münhen klubundan ayrılacağını açıqlayan Müller üçün PSJ ilə görüş "Bavariya"dakı sonuncu - 756-cı oyun olub. 35 yaşlı yarımmüdafiəçi klubu azad agent kimi tərk edir.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan və 2007-ci ildən əsas komandasında çıxış edən Müller bu klubda həm oyun sayına, həm də titul sayına görə rekordçudurş O, Münhen təmsilçisində 35 titul qazanıb.