"Bavariya"nın futbolçusu Camal Musiala uzunmüddətli sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu dünən keçirilən PSJ ilə matçda topuğundan ciddi şəkildə zədələnib. Onun 5 ay meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Musiala 3 ay sonra ilk dəfə start heyətdə meydana çıxmışdı. O, öncəki zədəsini yenicə bərpa edirdi.
Əlavə edək ki, "Bavariya" 0:2 hesabı ilə PSJ-yə məğlub olaraq Klublararası Dünya Çempionatında mübarizəni dayandırıb.